Aurelian Çuameni Madriddə qalacaq. “Real” fransalı yarımmüdafiəçini satmaq nyyətində deyil.

Futbolinfo.az xəbər verir ki, Federiko Valverde ilə məşq zamanı yaranan münaqişə də Çuameninin taleyinə təsir göstərməyəcək. İspaniya nəhəngi orta sahənin əsas simasını düşərgəsində saxlamaqda qərarlıdır.

Bəhs etdiyimiz olaydan sonra hər iki oyunçunun satılması gündəmə gəlmişdi. Aureliana xüsusi diqqət göstərən “Mançester Yunayted” fürsətdən yararlanmaq istəyirdi. Amma “Real” rəhbərliyi satışdan qəti şəkildə imtina edib.

Shares: