Yunanıstanın PAOK klubunun futbolçusu Evangelos Qoka milli komanda ilə bağlı seçimini edib.

Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi bu ölkənin yığmasında çıxış edəcək.

Qoka Albaniyanın U-17 və U-19 millisinin formasını geyinib. Hətta ötən il U-17-nin heyətində Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisini 4:1 hesabı ilə məğlub etdikləri matçda het-trikə imza atıb. Lakin orta sahə oyunçusu bundan sonra Yunanıstanın əsas millisinin formasını geyinəcək.

Qeyd edək ki, Evangelos Qoka PAOK-un U-19 komandasında çıxış edir.

Shares: