“Qarabağ”ın və Polşa millisinin qapıçısı Mateuş Koxalski Azərbaycan Kubokunun finalında “Sabah”ın qalib gəlməsini arzulayır.
Bu barədə 26 yaşlı qapıçı futbolinfo.az-a açıqlamasında deyib.
Koxalski qarşılaşma ilə bağlı gözləntilərini bölüşüb:
“Sabah” və “Zirə” hər ikisi yaxşı komandadır. Düşünürəm ki, maraqlı oyun olacaq. Bizim üçün “Sabah”ın qalib gəlməsi daha yaxşıdır. Bizə bu lazımdır və ümid edirəm ki, onlar qalib gələr. Amma bu komandalardan heç birini dəstəkləmirəm”.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı bu gün saat 20:00-da “Palms Sport Arena”da keçiriləcək.






