İraq Futbol Federasiyasının sözçüsü Qalib əl-Zamelinin “Şəfəq Nyus”a verdiyi məlumata görə, milli komandanın beş oyunçusu 2026-cı il Dünya Çempionatında iştirak etmək üçün ABŞ vizası almayıb.

O bildirib ki, İbrahim Bayeş, Mohannad Əli, Zaid Tahsin, Haidar Abdul-Kərim və Əli Əl-Həmədinin ABŞ-yə girişi naməlum səbəblərdən rədd edilib.

Federasiya üzvü təşkilatın vəziyyəti tez bir zamanda həll etmək üçün FIFA ilə əlaqə saxlamaq niyyətində olduğunu qeyd edib və bunların milli komandanın əsas oyunçuları olduğunu vurğulayıb.

2026-cı il Dünya Çempionatı 48 komandanın iştirak edəcəyi ilk turnir olacaq və ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə təşkil ediləcək.

Turnir 11 iyun – 19 iyul tarixləri arasında keçiriləcək.

İraq qrup mərhələsində Fransa, Norveç və Seneqal ilə qarşılaşacaq.

Shares: