İngiltərə mətbuatının verdiyi məlumata görə, “Mançester Yunayted”in idarə heyəti bu həftə keçiriləcək İcraiyyə Komitəsinin iclasında Maykl Kerrikin daimi əsasda baş məşqçi təyin edilməsini tövsiyə etmək niyyətindədir.

Baş icraçı direktor Omar Berrada və idman direktoru Ceyson Uilkoks Kerrikin gələn mövsüm “Mançester Yunayted”ə rəhbərlik etmək üçün ən uyğun şəxs olduğuna inanırlar. Onlar Cim Retkliffə Kerrikin namizədliyini təklif verməyə hazırdırlar. Artıq bir neçə müddətdir ki, Kerrik klubun Kerrinqtondakı bazasında gələcək planlaşdırma görüşlərində iştirak edir. Oyunçular və işçilər arasında onun bu vəzifəni alacağına dair gözləntilər var.

Klub daha iki variant üzərində düşünr. Kerrikdən başqa “Bornmut”dan Andoni İraola və “Aston Villa”dan Unay Emeri istənilən baş məşqçilərdir.

44 yaşlı Maykl Kerrik bu ilin yanvarından “Mançester Yunayted”in müvəqqəti baş məşqçisidir.

Shares: