2026-cı il Dünya Çempionatı zamanı Torontodakı Fan Zonaya giriş pulsuz olacaq. Bu, şəhər rəhbərliyinin girişi pullu etmək qərarına ictimaiyyətin tənqidlərindən sonra baş verib.
“The Globe and Mail” qəzetinin məlumatına görə, şəhər hökuməti turnirə hazırlıq zamanı 5 milyon dollarlıq büdcə kəsirini qismən kompensasiya etmək üçün Fan Zonaya biletləri 10 Kanada dollarına satmağı planlaşdırırdı.
Fort-Yorkdakı Fan Zona 11-19 iyul tarixlərində açıq olacaq. Azarkeşlər orada Dünya Çempionatının bütün oyunlarını, eləcə də əyləncə proqramlarını izləyə biləcəklər. Fan Zonaya biletləri əvvəlcədən ixtisaslaşmış veb saytlar vasitəsilə almaq mümkün olacaq. Ümumilikdə 340 000 bilet satışa çıxarılacaq.
Xatırladaq ki, dünya çempionatı iyun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.






