Bu gün Misli Premyer Liqasında 32-ci tura start veriləcək. İlk gündə 2 oyun keçiriləcək.
Futbolinfo.az saytının məlumatına görə, turun açılış matçında üz-üzə gələcək “Karvan-Yevlax”la “Qəbələ” ilk dəfə cari mövsüm üz-üzə gəliblər. İlk iki dövrədə baş tutan hər iki matçda 1:1 hesabı qeydə alınıb.
“Araz-Naxçıvan”la “Kəpəz”in qarşılaşması isə yubiley xarakteri daşıyacaq. Çünki komandalar çempionat çərçivəsində 15-ci dəfə görüşəcəklər. Ümumi statistikada bərabərlik hökm sürür. Hər iki komanda 6 dəfə qalib gəlib. Lakin son vaxtlar “Araz-Naxçıvan” üstün nəzərə çarpır.
Naxçıvan təmsilçisi son iki görüşdə qələbə qazanıb və axırıncı 6 matçda “Kəpəz”dən qol buraxmayıb. Buna baxmayaraq, top fərqində “Kəpəz” üstündür – 20:15.
Qeyd edək ki, “Karvan-Yevlax” – “Qəbələ” oyunu saat 17:00-da, “Araz-Naxçıvan” – “Kəpəz” görüşü isə 19:30-da başlayacaq.






