Xosep Qvardiola mövsümün sonunda “Mançester Siti” klubundan ayrılacağını rəhbərliyə bildirib. İspan mütəxəssisin qərarı artıq təsdiqlənib və yaxın günlərdə klub tərəfindən rəsmi açıqlama veriləcəyi gözlənilir.
İddialara görə, “şəhərlilər”in rəhbərliyi yeni baş məşqçi məsələsində əsas namizədi artıq müəyyənləşdirib. Klubun sükanı arxasına gətirilməsi planlaşdırılan yeganə namizəd italiyalı çalışdırıcı Enzo Mareskadır.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Mareska isə cari mövsümün gediində “Çelsi”dən qovulub.






