“Böyük Dəbilqə” seriyalı turnirlərin dördqat qalibi və dünya reytinqinin 1 nömrəli tennisçisi belaruslu Arina Sabalenka tanınmış “Vogue” jurnalının may sayının üz qabığını bəzəyib.

Şəklin altına Sabalenka sosial mediada “Həyata keçmiş bir xəyal. Təşəkkür edirəm, Vogue”, – deyə şərh yazıb.

Qeyd edək ki, jurnal dünyanın ən məşhur idmançılarının şəklini vurmaqla ad çıxarıb. Bu mövsüm Sabalenka iki dəfə – Mayami və İndian Uells turnirlərində qalib gəlib. O, həmçinin Avstraliyanın Brisben şəhərində keçirilən WTA-500 yarışında da titul qazanıb. Sabalenka Avstraliyada finalda qazaxıstanlı Yelena Rıbakinaya 4-6, 6-4, 4-6 hesabları ilə məğlub olub.

28 yaşlı Sabalenka 80 həftədən çoxdur ki, WTA reytinqində birinci yerdədir.

61084e3c ca3d 4713 876b f5bbd5ec0b80 - Futbolinfo.az
Shares: