Sosial mediada yayılan məlumata görə, “Real”ın keçmiş oyunçusu Joze Mourinyonun məşqçilər heyətinə qoşulacaq. Keçmiş oyunçunun əsas vəzifəsinin birbaşa komanda ilə işləmək və cari mövsümün hadisələrindən sonra oyunçulara “Real”ın dəyərlərini aşılamaq olacağı bildirilir.

Mourinyonun heyətinə qoşulan keçmiş oyunçunun adı hələ açıqlanmayıb.

Xatırladaq ki, tərəflər arasında müqavilə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Jozenin Madrid klubu ilə müqaviləsinin iki illik olacağı bildirilir.

Shares: