“Jali Muaddib “Qarabağ”ın əsas heyətində oynamaq üçün bütün keyfiyyətlərə sahibdir. Çox bacarıqlı futbolçudur”. Bunu futbolinfo.az-a açıqlamasında Kiprin “Omoniya” (Aradipu) klubunun baş məşqçisi Marinos Satsias deyib.

O, komandasından “Qarabağ”a keçən fransalı vinger Jali Muaddibdən danışıb: “Muaddib top oyunçudur. Komandamda olarkən formada olmasa belə, ona güvənirdim. Çünki daim yaxşı inkişaf edirdi və komanda üçün çox şeyini ortaya qoyurdu”.

Satsias “Qarabağ”dan da danışıb: “Qarabağ” elə bir klubdur ki, hər il çempionluq uğrunda mübarizə aparır. Düşünürəm ki, bu da Muaddib üçün Avropada oynamaq və çempionluq uğrunda mübarizə aparmaq baxımından çox yaxşı fürsətdir”.

Qeyd edək ki, “Qarabağ” ötən gün Jali Muaddiblə 3 illik müqavilə imzalayıb.

Shares: