“Böyük dəbilqə” seriyalı turnirlərin yeddiqat qalibi və dünya reytinqinin 2-cisi Karlos Alkaras “Uimbldon” turnirini buraxacağını açıqlayıb.
“Sağalma prosesim yaxşı gedir, özümü daha yaxşı hiss edirəm, amma təəssüf ki, hələ də yarışmağa hazır deyiləm, ona görə də “Queen’s Club” və “Uimbldon”da ot örtüyü yarışlarından imtina etmək məcburiyyətində qalmışam. Bu iki turnir mənim üçün həqiqətən xüsusidir və onlar üçün çox darıxacağam. Ən qısa zamanda geri qayıtmaq üçün çalışmağa davam edəcəyik!”, – Alkaras sosial mediada yazıb.
İspan tennisçi ötən il “Uimbldon” turnirinin finalına yüksəlmiş və orada italiyalı Yannik Sinnerə məğlub olmuşdu. Bu mövsüm Alkaras Barselona turnirində bilək zədəsi alıb. Zədə səbəbindən ispaniyalı “Rolan Qarros” da daxil olmaqla gələcək yarışlarda oynamaqdan imtina edib.






