UFC prezidenti Dana Uayt onun qurumunun boksla müqayisədə üstünlüyünü izah edib.

“UFC azarkeşləri bilirlər ki, əsas yarış baş tutmasa, onu eyni dərəcədə yaxşı, bəzən isə daha yaxşı bir döyüşlə əvəz edəcəyəm. Biletlər çox vaxt döyüşlər elan olunmazdan əvvəl satılır. Mən azarkeşlərin etimadını qazanmışam – onlar bilirlər ki, biz bütün gücümüzü sərf edəcəyik.

Boks yarışları əvvəllər Atlantik Siti və Las-Veqasda keçirilirdi, çünki orada böyük  pullar var. Biz tədbirləri hər yerdə keçiririk; UFC dünyanın hər bir böyük şəhərində olub”,- deyə Uayt bildirib.

Xatırladaq ki, gələn ayın 27-də belə tədbirlərdən biri Bakıda keçiriləcək.

Shares: