Yığma komandamızın üzvü Nəriman Axundzadənin də çıxış etdiyi “Kolumbus Kryu” ABŞ Kubokunda 1/4 final matçını keçirib. Komanda “Nyu York Siti” ilə görüşdə qələbə qazanıb və yarımfinala yüksəlib.
Nəriman start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunun məhsuldar ötürməsini də həmyerlimiz verib.
“Kolumbus Kryu”nun yarımfinaldakı rəqibi “Orlando Siti” olacaq.
Qolun videosunu buradan izləyə bilərsiz.






