MBA-da yarımfinal seriyaları davam edir. Bu gecə Qərb konfransında oyun keçirilib.
Seriyanın ikinci oyununda “Oklahoma Siti Tanders” qələbə qazanıb – 122:113. Xatırladaq ki, ilk oyunda “San Antonio Spörs” qalib gəlmişdi.
Görüşdə ən məhsuldar basketbolçu Şey Gilgeus-Aleksander olub. Onun aktivində 30 xal və 9 asist var. Qonaqların ulduzu Viktor Vembanyama 21 xal və 17 ribaundla dabl-dabl edib.
Seriyanın 3-cü oyunu mayın 23-də keçiriləcək.






