Braziliyanın “Santos” klubunun hücumçusu Neymar baldır əzələsindən zədə alıb.

Futbolinfo.az xəbər verir ki, klubun tibb departamentinin rəhbəri Rodriqo Zoqaib futbolçunun zədəsinin ciddi olmadığını söyləyib.

Zoqaib 34 yaşlı futbolçunun sağ baldır əzələsindəki problemin mayın 27-nə qədər tam formaya düşməsinə mane olmayacağını qeyd edib. Komandasının növbəti oyunlarını buraxacaq təcrübəli hücumçunun gələn həftə Braziliya yığmasının düşərgəsinə qoşulacağı gözlənilir.

Neymarın müalicəsinin “Santos”un məşq mərkəzində davam etdirdiyi, onun həmçinin Braziliya millisinin həkimlərinin də ciddi nəzarəti altında olduğu qeyd edilib.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya yığması C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.

Shares: