Bu gün futbol üzrə Azərbaycan I Liqasında 2025/2026 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək. Bu haqda məlumatı Peşəkar Futbol Liqası yayıb.
Binə qəsəbə stadionunda baş tutacaq 27-ci turun “Zaqatala” – “Şəfa” oyunu bitdikdən sonra başlayacaq mərasimdə mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.
Xatırladaq ki, I Liqanın çempionu “Şəfa” olub. İlk pilləni erkən təmin edən komanda növbəti mövsüm Premyer Liqada çıxış edəcək.






