“Riçard Çildres Reysinq” komandasında yarışan amerikalı NASCAR pilotu Kayl Buş 41 yaşında vəfat edib. Bu barədə çempionatın mətbuat xidməti məlumat verib.

“İkiqat çempion və idmanımızın ən güclü pilotlarından biri olan Kayl Buşun vəfatını dərin kədərlə elan edirik. Onun 41 yaşı var idi. Buş ailəsinə, “Riçard Çildres Reysinq” komandasına və bütün avtoidman ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk”, – deyə təşkilatın mətbuata açıqlamasında deyilir.

Kayl Buş 2003-cü ildən NASCAR-da yarışıb. Amerikalı pilot çempionatda 724 yarışda iştirak edib. Buş həmçinin ikiqat NASCAR Kuboku Seriyası çempionudur. O bu titulları 2015 və 2019-cu illərdə qazanıb.

Shares: