Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Belarusda davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, komanda bu gün Minskə yola düşüb.

Yığmamız altı gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarında da qüvvəsini sınayacaq.

Milli komandanın baş məşqçisi Boris Qrebennikov hazırlıq prosesinə 17 voleybolçu cəlb edib.

Qeyd edək ki, Azərbaycan komandası Avropa Liqasının ilk turunun oyunlarını iyunun 5-7-də İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları iyunun 12-14-də Rumıniyada, üçüncü turun matçları isə iyunun 19-21-də Bakıda təşkil olunacaq.

Shares: