Türki Əl-Şeyxi növbəti döyüş haqqında danışıb. Səudiyyə Ərəbistanından olan funksioner İstanbulda Aleksandr Usikin döyüşünü planlaşdırır.
“Gələcəkdə Usik üçün bir şey planlaşdırırıq. Bilirəm ki, o, gələcək haqqında danışmağı sevmir, amma biz bir şey hazırlayırıq və sizə kiçik bir sirr açmaq istəyirəm. İstanbulda inanılmaz bir şey keçirmək istəyirik. İstanbul sakinləri və hakimiyyəti, inşallah, gələn il Ayasofyanın yanında inanılmaz bir şey etməyimizə kömək edin”, – deyə Əl-Şeyxi bildirib.
Usik 2024-cü ildən bəri Əl-Şeyxinin təşkil etdiyi turnirlərdə iştirak edir. Sabah o, Giza piramida kompleksində Riko Verhovenlə döyüşəcək.






