Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo karyerasının ən uğurlu illərindən birini yaşamaqla yanaşı, bu il həm rekord qırmaqdan, həm də mükafat almaqdan doymur. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı daha 2 mükafat üçün əsas namizəd göstərilib.
28 yaşlı portuqaliyalı "İlin ən yaxşısı " və "Azarkeşlərin sevimlisi" nominasiyalarında qalib ola bilər. Söhbət tanınmış “World Soccer” jurnalının verdiyi mükafatlardan gedir.
Mükafatların rəsmi təqdimat mərasimi dekabrın 29-u Dubayda olacaq.






