“Mersedes” komandasının italyan pilotu Andrea Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının beşinci mərhələsi olan Kanada Qran-prisinin qalibi olub. Sprintdə qalib gələn Corc Rassel yarışı sona çatdıra bilməyib.
“Ferrari” komandasının britaniyalı pilotu Lüis Hemilton yarışda ikinci yeri tutub. “Red Bull”un niderlandlı üzvü Maks Ferstappen isə üçüncü olub.
1. Andrea Kimi Antonelli (Mersedes) — 68 dövrə.
2. Lyuis Həmilton (Ferrari) +10,768;
3. Maks Ferstappen (Red Bull) +11,276;
4. Çarlz Lekler (Ferrari) +44,151;
5. İsak Haccar (Red Bull) +1 dövrə;
6. Franko Kolapinto (Alpin) +1 dövrə;
7. Liam Louson (Reysinq Bulls) +1 dövrə;
8. Pyer Qasli (Alpin) +1 dövrə;
9. Karlos Sayns (Vilyams) +1 dövrə; 10. Oliver Bermann (Haas) +1 dövrə;
Antonelli bununla ardıcıl dördüncü qələbəsini qazanıb. O, həmçinin ümumi sıralamada 131 xalla liderlik edir.






