“Kəpəz” klubu futbolçusu Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Portuqaliyalı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.

Xatırladaq ki, Verdaska başa çatan mövsümdə Misli Premyer Liqasında 28 oyuna 1 qolla yadda qalıb. O, 2024/2025 mövsümündə də “Kəpəz”in formasını geyinib.

Shares: