Azərbaycanın I Liqa təmsilçisi “Şahdağ Qusar” baş məşqçi Elnur Abdullayev, həmçinin onun köməkçiləri Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə yolları ayırıb.
Bu barədə Qusar təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Məşqçilərlə müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, “Şahdağ Qusar” I Liqanı 43 xalla 5-ci pillədə başa vurub.






