I Liqada 2025/26 mövsümünün oyunlarını 25 min 710 tamaşaçı izləyib.

Futbolinfo.az xəbər verir ki, nəticəsi ləğv olunan “Zaqatala” – MOİK matçı nəzərə alınmaqla baş tutan 135 görüşdə orta göstərici 190-a bərabər olub.

Sonuncu – XXVII turun “Mingəçevir” – “Səbail” görüşü mövsümün ən çox izləyici toplayan qarşılaşması olub. Mayın 22-də Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan görüşü 2750 tamaşaçı seyr edib.

Mövsüm ərzində daha 4 dəfə bu göstərici 1000-ə bərabər olub. Bu matçların hamısına “Mingəçevir” ev sahibliyi edib.

14 görüşdə 11 min 520 seyrçi toplayan komanda bu göstəricidə böyük üstünlüklə hamını qabaqlayıb. I Liqadakı ümumi tamaşaçı sayının təxminən 45 faizi “Mingəçevir”in payına düşür.

Orta tamaşaçı sayında “Zaqatala” 2-ci yeri tutub. Premyer Liqaya vəsiqə qazanan “Şəfa” 3-cü olub.

klubtamaşaçıoyunorta
1Mingəçevir1152014823
2Zaqatala436013335
3Şəfa307014219
4Səbail206014147
5MOİK12401395,4
6Baku Sportinq11351481,1
7Difai9151370,4
8Şahdağ Qusar5101339,2
9Cəbrayıl4401333,8
10Şimal4601432,9
cəmi25710135190
Shares: