Azərbaycan Basketbol Federasiyasının dəstəyi, “Sabah” basketbol klubunun təşəbbüsü ilə həyata keçirilən “Basketbol hər yerdə” layihəsi çərçivəsində ilk meydança istifadəyə verilib.

Futbolinfo.az xəbər verir ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 50B ünvanında baş tutan açılış tədbirində “Sabah”ın basketbolçuları Endər Poladxanlı, Şirzad Şirzadov və Kamran Məmmədov da iştirak edərək azarkeşlərlə görüşüblər.

Layihənin məqsədi basketbolu kütləviləşdirmək, xüsusilə gənc və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə və sağlam həyat tərzinə təşviq etməkdir.

Shares: