Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Boris Qrebennikov heyətə 14 voleybolçu cəlb edib.
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə
Orta oyunçular: Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou
Liberolar: Asif Əliyev, Nihad Qasımov.
Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını iyunun 5-7-də İsveçdə keçirəcək. Komanda İsveç və Yunanıstan yığmaları ilə üz-üzə gələcək.






