IIHF-in mətbuat xidməti İsveçrədə keçirilən hokkey üzrə dünya çempionatının rəmzi komandasını açıqlayıb.
Ulduzlar Komandasının tərkibi belədir:
Qapıçı: Leonardo Genoni (İsveçrə);
Müdafiəçilər: Roman Yozi (İsveçrə), Henri Yokiharju (Finlandiya);
Hücumçular: Maklin Selebrini (Kanada), Sven Andrihetto (İsveçrə), Aleksander Barkov (Finlandiya).
Xatırladaq ki, turnirdə Finlandiya millisi dünya çempionu olub. Finalda komanda İsveçrəni 1:0 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda matçda Norveç Kanadanı 3:2 hesabı ilə məğlub edərək bürünc medalları qazanıb.






