Danimarkalı velosipedçi Yonas Vingeqaard “Ciro d’Italiya” yarışının qalibi olub. Onun bütün mərhələlərdəki ümumi vaxtı 83 saat 22 dəqiqə 51 saniyə təşkil edib. Bundan əlavə velosipedçi 400 xal qazanıb.

Avstriyalı Feliks Qall liderdən (290 xal) 5 dəqiqə 22 saniyə geri qalaraq ikinci yeri tutub. Avstraliyalı Cey Hindli isə 6 dəqiqə 25 saniyə geri qalaraq (240 xal) üçüncü olub.

“Ciro d’Italiya” bu il 109-cu dəfə keçirilib. O, 8-31 may tarixləri arasında davam edib. Birinci mərhələ Bolqarıstanda olub. 21-ci mərhələdə idmançılar yarışa İtaliya paytaxtında başlayıblar. Məsafənin bir hissəsini şəhərdən kənarda keçirdikdən sonra yenidən Romaya qayıdıblar. Ümumilikdə, iştirakçılar 21 mərhələdə 3459 km məsafə qət ediblər.

Shares: