Bu gecə Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final oyununa çıxacaq. Elşad Quliyevin yetirmələri Çexiya ilə qarşılaşacaq.
“Tipos Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya – Serbiya duelinin güclüsü ilə üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasına qalib gəlib – 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.






