UFC prezidenti Dana Vayt “Time” jurnalına verdiyi müsahibədə Ağ Evdə təşkil ediləcək gecəyə dəvət olunan bir neçə məşhur qonağın adını açıqlayıb. Tədbir iyunun 15-də Vaşinqtonda keçiriləcək.
Vaytın sözlərinə görə, aktyorlar Adam Sandler, Kared Leto, Ceyson Steytem və rejissor Qay Riçi tədbirdə iştirak edəcəklər. Gecədə Superboulun yeddiqat qalibi və Amerika futbol tarixinin ən yaxşı oyunçularından biri olan Tom Bredinin, eləcə də əfsanəvi güləşçi və Hollivud aktyoru, daha çox “The Rock” kimi tanınan Dveyn Consonun da iştirakı gözlənilir.
Yüksək vəzifəli Amerika siyasətçilərinin və digər məşhurların da tədbirdə iştirakı mümkündür.






