Arne Slotun şənbə günü “Liverpul”un baş məşqçisi vəzifəsindən kənarlaşdırılması ilə bağlı yeni detallar ortaya çıxıb.

“The Athletic”in məlumatına görə, “Liverpul”un idman direktoru Riçard Hyuz bu xəbəri şənbə səhəri Slota bildirib. Slot mövsümöncəsi məşq planları və yay transfer kampaniyası ilə bağlı müzakirələrdə fəal iştirak etdiyi üçün bu qərarı gözləmirmiş. O, şənbə gününə qədər oyunçularla yay planlarını və növbəti mövsümə hazırlıqları müzakirə edirmiş və buraxdığı hər hansı bir səhvi düzəltmək imkanı olacağına inanırmış.

Slot həmçinin, “Feyenoord”dakı keçmiş köməkçisi Etyen Reynen ilə bu yay məşqçilər heyətinə qoşulmaq barədə razılığa gəlmişdi.

Hyuz və FSG-nin baş direktoru Maykl Edvards əvvəllər komandanın nəticələrinin aşağı düşməsinə səbəb olan halları nəzərə alaraq Slotu dəstəklədiklərini bildirmişdilər. Lakin mövsümün sonundan sonra vəziyyəti təhlil edərək, həm paltardəyişmə otağındakı, həm də azarkeşlər arasındakı əhval-ruhiyyəni nəzərə alaraq dəyişiklik edilməsinin zəruri olduğu qənaətinə gəliblər.

Slot 2024-cü ilin yayından bəri “mersisaydlılar”a rəhbərlik edib. Onun dövründə “Liverpul” 2024/25 mövsümündə İngiltərə çempionu olub. Ötən mövsüm “qırmızılar” 60 xal qazanaraq turnir cədvəlində beşinci yeri tutub. “Liverpul”a təyin olunmazdan əvvəl Slot “Feyenoord”a rəhbərlik edib.

Shares: