“Sabah”ın yarımmüdafiəçisi Umarali Rahmonaliyev dünya çempionatında çıxış edəcək Özbəkistan millisinin heyətindən kənarda qalıb.
Futbolinfo.az xəbər verir ki, komandanın italiyalı baş məşqçisi Fabio Kannavaro onun adını 26 futbolçudan ibarət yekun siyahıya daxil etməyib.
Beləliklə, Rahmonaliyev mundialda iştirak etməyəcək.
Qeyd edək ki, dünya çempionatında Misli Premyer Liqasını bir futbolçu təmsil edəcək. “Turan Tovuz”un müdafiəçisi Roderik Miller Panama millisinin heyətində yarışa qatılacaq.
Mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq.






