Alvaro Morata və həyat yoldaşı Alis Kampello yenidən bir araya gəliblər.
Xatırladaq ki, Morata və Kampello yeddi illik evlilikdən sonra 2024-cü ilin yanvar ayında boşanıblar. Bir il sonra onlar münasibətlərini yenidən bərpa etmək qərarına gəliblər. 2026-cı ilin fevral ayında futbolçu yenidən həyat yoldaşından ayrıldığını elan edib.
May ayının sonunda bəzi adamlar Alvaro və Alisi “Bad Bunny” qrupunun konsertində birlikdə gördüklərini bildirib. İspaniyalı televiziya aparıcısı Xavyer de Hoyos Morata ilə əlaqə saxladığını iddia edib və futbolçu həyat yoldaşı ilə münasibətlərinin bərpa olunduğunu təsdiqləyib.
“O mənə onsuz yaşaya bilmədiyini, həyatının qadını və uşaqlarının anası olduğunu söylədi. Ayrılıq üçün heç bir ciddi səbəb yox idi. Bir-birini sevən iki insanın bir araya gəlməsi normaldır”, – deyə de Hoyos bildirib.
“Sənin mehribanlığını, həssaslığını və başqalarını anlamaq qabiliyyətini görmək mənə xoşdur. Əminəm ki, daha da irəli gedəcəksiniz, çünki hörmətlə və qayğı ilə bir şey etdikdə həmişə qalib gəlirsiniz . Xoşbəxt olan insanların dəstək və sevgi sözləri üçün təşəkkür edirəm”, – deyə Kampello bu paylaşıma şərh verib.






