“Arsenal”ın müdafiəçisi Qabriel Maqalyaeşin Çempionlar Liqasının finalında penaltidən zərbəni dəqiq yerinə yetirə bilməməsindən sonra formalarının satışı 350% artıb.
Xatırladaq ki, PSJ ilə oyunda (1:1, penaltilər – 3:4) müdafiəçinin səhvi həlledici olmuş və London klubu məğlub edilmişdi.
“The Athletic” qəzetinin məlumatına görə, braziliyalı futbolçunun formaları ötən həftəsonu London klubunun fan-mağazalarında ən çox satılan olub.
Bəzi saatlarda Qabrielin formalarının satışı digər futbolçularınkını iki dəfə üstələyib.






