Avstriya millisinin və Almaniyanın “Leyptsiq” klubunun yarımmüdafiəçisi Kristof Baumqartner zədə səbəbindən dünya çempionatında çıxış edə bilməyəcək.

Futbolinfo.az Avstriya Futbol İttifaqına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Tunis yığması ilə yoldaşlıq oyunundan (1:0) əvvəl, isinmə hərəkətləri zamanı sağ bud nahiyəsindən zədələnib.

MRT müayinəsindən sonra onun dünya çempionatında iştirakının qeyri-mümkün olduğu müəyyənləşib.

Kristof Baumqartner 2025/2026 mövsümündə “Leyptsiq”in heyətində bütün turnirlərdə 37 oyun keçirib, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Avstriya millisi J qrupunda İordaniya, Argentina və Əlcəzair yığmaları ilə qarşılaşacaq.

Shares: