Bu ilin fevralında “Neftçi”nin heyətinə qoşulan Breno Almeyda komandaya uyğunlaşma prosesi və klubda çıxışı barədə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan oyunçu Azərbaycandakı ilk günlərində yaşadığı çətinliklərdən və adaptasiya dönəmindən bəhs edib:

“İlk günlər bir az çətin oldu. Çünki kiprdən Azərbaycana gələndən sonra çox şey dəyişir. Buna baxmayaraq tanrının və həyat yoldaşımın köməyi ilə uyğunlaşmağım daha sürətli keçdi”.

Daha sonra baş məşqçinin oyun fəlsəfəsinin ona müsbət təsiri barədə danışan Almeyda komanda daxilindəki bərabərlik prinsipini xüsusi vurğulayıb:

“Güclü cəhətlərimdən biri də keçid fazalarından yaxşı istifadə etməkdir. Düşünürəm güclü tərəfimi daha yaxşı istifadə edə bilməyimdə baş məşqçimizin futbol fəlsəfəsi mənə kömək edir. Heç kimi komandanın “beyni” adlandırmırıq. Çünki komanda deyəndə hamı bərabər hesab olunur. Hamımız eyni dərəcədə çıxış etməliyik ki, uğur qazanaq”.

Müsahibənin daha ətraflı videosunu təqdim edirik.

Shares: