Belçika millisinin və Madrid “Real”ının qapıçısı Tibo Kurtua peşəkar karyerasına başladığı “Genk” klubuna investor kimi qayıdıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Belçika klubunun rəsmi saytı məlumat yayıb.
Kurtua NXTPLAY platforması vasitəsilə investisiya edib. Platformanın qərargahı Madriddə yerləşir. NXTPLAY idman, media və texnologiya layihələrinə investisiya yatırmaqla məşğul olur.
Kurtua “Genk”in akademiyasına 7 yaşında qoşulub və 2009-2011-ci illərdə klubun əsas komandasında çıxış edib.






