Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçlarını keçirib.
Futbolinfo.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv əvvəlcə Çexiya ilə üz-üzə gəlib.
Görüş Azərbaycan millisinin 14:11 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamız qrup mərhələsindəki sonuncu matçında Polşa millisi ilə üz-üzə gəlib. Görüş Azərbaycan seçməsinin 20:13 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komandamız turnirin pley-in mərhələsinə vəsiqə qazanıb. Millimiz 1/4 final uğrunda D qrupunun üçüncüsü ilə mübarizə aparacaq.
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 13:19.






