Futbol üzrə Azərbaycan milli komandası bu gün Malta yığması ilə yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu rəqiblə Macarıstanda qarşılaşıb.
Sombatxeydəki “Haladaş” stadionunda təşkil edilən oyunu Macarıstandan olan hakimlər briqadası idarə edib. Qarşılaşma Maltanıın inamlı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, millimiz bu ayın 9-da San Marino yığması ilə də yoxlama oyunu keçirəcək.
Yoxlama oyunu
5 iyun
Azərbaycan – Malta 0:2
Qollar: Mbonq, 65. Satariano, 86.
Baş hakim: Mixali Kaprali (Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.
Azərbaycan: 1. Emil Balayev 14. Elvin Bədəlov 15. Bədavi Hüseynov (k) 5. Anton Krivotsyuk 21. Qismət Alıyev 3. Elvin Cəfərquliyev 13. Emil Səfərov 20. Aleksey İsayev 17. Toral Bayramov 11. Xəyal Əliyev 10. Mahir Emreli.
Ehtiyat oyunçular: 12 Şahrudin Məhəmmədəliyev 23 Rza Cəfərov 2 Rəhman Daşdəmirov 4 Rahil Məmmədov 6 Abdulla Xaybulayev 8 Emin Mahmudov 9 Renat Dadaşov 16 Tellur Mütəllimov 17 Vüsal İsgəndərli 18 Cəlal Hüseynov 19 Nəriman Axundzadə 22 Rüstəm Əhmədzadə 24 Səbuhi Abdullazadə 25 Rüfət Abbasov 26 Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov
Malta: 25. Zammit 26. Evurum 10. Teuma 20. Çuref 23. Satariano 6. Qillaumyer (k) 16. Əl-Tumi 21. Korbalan 13. Pepe 5. Şou 14. Qarsiya.
Baş məşqçi: Emilio De Leo






