Belarus millisi yoxlama oyununda Suriya ilə üz-üzə gəlib.
Futbolinfo.az xəbər verir ki, Minskdə keçirilən görüşü FİFA referisi Əliyar Ağayev idarə edib.
Ona Zeynal Zeynalov və Elşad Abdullayev yan xətdə kömək ediblər.
Matç Belarusun böyük hesablı qələbəsi ilə başa çatıb – 4:1.
Ağayev 90 dəqiqə ərzində yalnız bir futbolçunu – Belarus millisinin üzvü Ruslan Lisakoviçi sarı vərəqə ilə cəzalandırıb.






