UEFA daha iki klubumuzu qitə yarışlarına buraxmayacaq. “Turan Tovuz”un başına gələnlərin təkrarlanma ehtimalı var.

Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi ilə bağlı mövcud olan durumun başqaları üçün reallaşma təhlükəsi az deyil. Həm klublarda, həm də AFFA-da bununla bağlı məlumat mövcuddur, amma bu barədə ictimaiyyətə açıqlama verilməyib.

İkinci klubun adını dəqiqləşdirə bilməsək də, avrokuboklarda oynaması mümkün olmayanlardan birinin “Kəpəz” olduğu dəqiqdir. Təmsilçilərimizin hansı səbəbdən və hansı müddətə cəzalandığını bilməsək də, bu bərədə xəbərdarlıq məktubu aldığı məsul şəxslərə məlumdur.

Yeni mövsümə start verilərkən belə problemi olan klubların qadağanı aradan qaldırmaq üçün indidən işə başlaması məsləhətlidir. Klub rəhbərlərinin əməkdaşlarına bu yöndə tapşırıq verməsində, arxivləri qurdalamasında fayda var. Zamanı yetişəndə “Turan Tovuz”un aqibətini yaşamamaq üçün indidən daxili vəziyyəti öyrənmək yaxşı olar. Ya problem hüquqi müstəvidə görülən işlərlə həll olunar, ya da büdcə planlaması buna uyğun aparılar, əlavə xərclər çəkilməz.

Bizdən xəbərdarlıq etməkdir. Kimin belə problemi olduğunu qoy klublar özləri araşdırsın.

Shares: