“Malaqa” yeni mövsümdə La Liqada oynaya bilər. Komanda İspaniya Sequndasında ilk pley-off finalında qələbə qazanıb.
Futbolinfo.az xəbər verir ki, malaqalılar “Las-Palmas”la səfər görşündə tək qolla qalib gələrək önəmli üstünlük qazanıb. Cavab matçından sonra son vəsiqənin sahibi dəqiqləşəcək. Daha öncə “Rasinq” və “Deportivo”nun La Liqaya vəsiqə qazanması rəsmiləşmişdi.






