MBA tarixində üçqat çempionluq yaşamış keçmiş basketbolçu Steysi Kinq 59 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.

Steysi Kinq “Çikaqo Bullz”un heyətində 1991, 1992 və 1993-cü illərdə MBA çempionu olub. O, karyerası ərzində həmçinin “Minnesota Timbervulvs”, “Boston Seltiks, “Mayami Hit” və “Dallas Maveriks” komandalarının da formasını geyinib. Amerikalı basketbolçu 1989-cu ildə keçirilən MBA draftında “Çikaqo Bullz” tərəfindən ümumi sıralamada 6-cı nömrə altında seçilib. O, peşəkar karyerası ərzində 1989–1999-cu illərdə çıxış edib.

Karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Kinq 2001-ci ildə Kontinental Basketbol Assosiasiyasında çıxış edən “Rokford Laytning” komandasının baş məşqçisi təyin olunub. O, 2001/2002 mövsümündə komandanı finala qədər aparmağı bacarıb.

Shares: