“Real” üçün 2025/2026 mövsümü həm futbol, həm də basketbol baxımından uğursuz alınıb.
Madrid təmsilçisi son 16 ildə ilk dəfə hər iki növdə mövsümü heç bir titul qazanmadan başa vurub.
Futbol komandası La Liqada 38 oyundan sonra 86 xal toplayaraq ikinci yeri tutub. Çempion isə 94 xalla “Barselona” olub. UEFA Çempionlar Liqasında “Real” 1/4 finala qədər irəliləyib. Madridlilər bu mərhələdə “Bayern”lə qarşılaşaraq iki oyunun nəticəsinə əsasən 4:6 hesabı ilə məğlub olublar. İspaniya Kubokunda isə komanda 1/8 finalda gözlənilmədən “Albasete”yə 2:3 hesabı ilə uduzub. İspaniya superkubokunun finalında da “Real” əzəli rəqibi “Barselona”ya 2:3 hesabı ilə məğlub olub.
Basketbol komandası isə Avroliqanın “Dördlər finalı”na yüksəlsə də, finalda “Olimpiakos”a 85:92 hesabı ilə uduzub. İspaniya Basketbol Liqasında (ACB) madridlilər pley-offun 1/4 final mərhələsində “Tenerife”yə seriyada 2 dəfə uduzaraq mübarizəni dayandırıb. İspaniya Kubokunda isə “Real” “Baskonia ilə bacarmayıb.
Qeyd edək ki, Madrid klubu sonuncu dəfə həm futbol, həm də basketbol üzrə mövsümü titulsuz 2009/2010 mövsümündə başa vurmuşdu.






