Rusiya Şahmat Federasiyasının (RŞF) icraçı direktoru Aleksandr Tkaçev Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətləri və Krımda hər hansı fəaliyyətin dayandırılması tələbinə münasibət bildirib.

9 mayda FİDE, İdman Arbitraj Məhkəməsinin (CAS) 11 mart 2026-cı il qərarının icrası ilə bağlı RŞF-dən görülən tədbirlər barədə məlumat verməsini istəyib. Qərara əsasən, RŞF 90 gün ərzində adıçəkilən ərazilərdə bütün fəaliyyətini dayandırmalıdır.

Tkaçev isə məsələ ilə bağlı bildirib:“FIDE-nin üzvü kimi RŞF beynəlxalq federasiyanın nizamnaməsinə riayət edir. Lakin Rusiya qanunlarına əsasən yaradılan və fəaliyyət göstərən hüquqi şəxs kimi RŞF Rusiya Federasiyasının konstitusiyasına və milli qanunvericiliyinə tabedir”.

FIDE-nin tələblərinin yerinə yetirilməməsi halında Rusiya Şahmat Federasiyasını üç illik diskvalifikasiya gözləyə bilər. Xatırladaq ki, 5 iyun tarixində RŞF rəhbərliyi Beynəlxalq Şahmat Federasiyasının prezident seçkilərində hazırkı prezident Arkadi Dvorkoviçə dəstək verdiyini açıqlayıb.

Shares: