Joze Mourinyo dünən Madridə yollanıb. O, bu gün İspaniya paytaxtında reallaşacaq təqdimata hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ikinci dəfə “Real”ın baş məşqçi postuna əyləşəcək. 2010-13-cü illərdə madridlilərin baş məşqçisi olan Mourinyo yenə 3 illik müqavilə bağlayacaq.
Yenidən “Real” prezidenti seçilən Florentino Peres 63 yaşlı mütəxəssisin müqaviləsini pozmaq üçün “Benfika”ya 15 milyon avro təzminat ödəyib. Lissabonlular dünən bunu rəsmən açıqlayıb.
Madridlilər də Mourinyonun təyinatı üçün son addımı atıb. Belə ki, Alvaro Arbeloa rəsmən klubdakı işindən istefaya göndərilib.





