Joze Mourinyonu baş məşqçi postuna təyin etməyə hazırlaşan “Real” yeni transfer həmləsinə başlayıb. Portuqaliyalı mütəxəssisin istəyi ilə “Mançester Siti”dən Yosko Qvardiol, “Arsenal”dan Rikkardo Kalafiori transferləri üçün ilkin addımlar atılıb.

Futbolinfo.az xəbər verir ki, sürpriz transfer istəyi isə Xulian Alvareslə bağlıdır. Madridlilər “Atletiko”ya argentinalı üçün 150 milyon avroluq təklif göndərib. Amma digər paytaxt klubu bu istəyi dərhal geri çevirib. “Atletiko” on başqa komandaya daha ucuz qiymətə satmağa razıdır, əzəli rəqibinə yox.

İndi bəlli olur ki, “Real” prezidenti Florentino Peres seçki kampaniyasında vəd etdiyi 150 milyonluq transferdən danışarkən “Bayern”dən Maykl Oliseni yox, Alvaresi nəzərdə tuturmuş. Lakin “Barselona”nın da hədəfində olan hücumçunu şəhərin digər komandasına aparmaq asan olmayacaq.

Shares: