Joze Mourinyoilə vidalaşan “Benfika” gözlənilən təyinatı reallaşdırıb. Portuqaliya nəhəngi baş məşqçi postunu Marko Silvayahəvalə edib.

Futbolinfo.az xəbər verir ki, sözügedən mütəxəssislə iki llik müqavilə imzalanıb. Anlaşmanın daha bir illik uzadılması mümkündür.

48 yaşlı Silvanın son iş yeri 5 il çalışdığı “Fulhem” olub. O, ötən ayın sonunda İngiltərə klubundan ayrılıb.

Daha öncə vətənində “Eştoril” və “Sportinq”də işləmiş portuqaliyalı Yunanıstanda “Olimpiakos”un, İngiltərədə “Hall Siti”, “Uotford” və “Everton”un baş məşqçisi olub.

Shares: