“Kristal Pelas” yeni baş məşqçi tapıb. Oliver Qlasnerlə vidalaşan İngiltərə klubu tezliklə yeni çalışdırıcısının adını elan edəcək.

Futbolinfo.az xəbər verir ki, “Milan”a getməyə hazırlaşan avstriyalı mütəxəssisi Pyer Saj əvəz edəcək. Onunla 3 illik müqavilə bağlanması nəzərdə tutulub.

47 yaşlı fransalı Saj “Lans”dan ayrılmaq qərarı verib. O, bu mövsümün əvvəlindən çalışdırdığı Liqa 1 təmsilçisində önəmli işlər görsə də, 2028-ci ilin yayında başa çatacaq müqaviləsinə son verməyi lazım bilib.

Shares: